Trampla Ərdoğanın görüşü gözlənilir
Tarix: 14-04-2025, 17:40
Baxılıb: 20
Google+ Paylaş
Tumblr Paylaş

Trampla Ərdoğanın görüşü gözlənilir

14-04-2025, 17:40

Türkiyə və ABŞ iki ölkənin prezidentləri Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında üzbəüz danışıqların təşkili imkanını nəzərdən keçirir. Bu barədə “Hürriyet” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, sammit Ağ Evdə baş tuta bilər.
Hazırda Vaşinqton və Ankara Tramp və Ərdoğan arasında görüş üçün mümkün variantları üzərində işləyirlər.
Bundan əvvəl “Milliyet” qəzeti Türkiyə prezidentinin mayda ABŞ-a işgüzar səfər etmək planları barədə məlumat vermişdi. Ərdoğanın ABŞ səlahiyyətliləri ilə gömrük rüsumlarının tətbiqini müzakirə edəcəyi gözlənilir.
Amerika hökuməti aprelin 2-də ölkəyə idxal olunan mallara yeni rüsumlar sistemi tətbiq edib. Baza dərəcəsi bütün idxal olunan məhsullar, o cümlədən Türkiyə məhsulları üçün 10% təşkil edib. 
Aprelin 7-də Tramp 75-dən çox ölkədən gələn mallara gömrük rüsumlarının dayandırıldığını elan edib. Sözügedən məhsullar 90 gün ərzində tariflərdən azad ediləcək.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ