DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Təhlükə var!
Tarix: 14-04-2025, 11:03
Baxılıb: 100
Google+ Paylaş
Tumblr Paylaş

DİN-dən SON DƏQİQƏ XƏBƏRDARLIĞI - Təhlükə var!

14-04-2025, 11:03

Şənbə və bazar günlərində vətəndaşların bank kartlarından 41 min 48 manat oğurlanıb.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Bildirilib ki, aprelin 12 və 13-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11 min 100, 10 min 283, 4 900, 2 537, 2 520, 2 183, 1 500, 900, 711, 530, 500, 480, 425, 393, 387, 381, 330, 142, 120, 100, 100, 96, 95, 68, 50, 50, 50, 50, 20, 19, 15, 13 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.
"Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var", - DİN vətəndaşlara bir daha müraciət edib.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ