77 demokrat konqresmen ABŞ prezidenti Donald Trampı İlon Maskın mayın 30-na kimi dövlət qulluğundan uzaqlaşdırılmasını elan etməyə çağırıb.
Məlumatı Texas ştatından demokrat Qreqori Kasar Axios portalına açıqlayıb.
O, Trampa məktubda qeyd olunan tələbləri izah edib: “Biz açıq şəkildə bildirdik ki, Respublikaçılar Partiyasına ictimai təzyiq bundan sonra mayın 30-dək artacaq”.
Kasar, demokratların Maskı vəzifədən kənarlaşdırmaq üçün yetərincə hüquqi və siyasi alətə" və "yetərincə ictimai təzyiqə" sahib olduğunu deyib.
Demokratların fikrincə, işdən çıxarılmasına səbəb Maskın hökumətdəki fəaliyyətinin hüquqi əsasıdır. ABŞ Hökumətinin Səmərəliliyi İdarəsinin (DOGE) rəhbəri kimi ona 130 gündən artıq bu vəzifəni tutmağa icazə verilmir.
Bundan əlavə, məktubun müəllifləri israr edirlər ki, İlon Mask istefa verdikdən bir il sonra dövlət işlərinə qayıtmaq hüququna malik olacaq. Bunun üçün o, Tesla və SpaceX-dəki aktivlərindən qurtulmalıdır.