www.REPORTYOR.tv
Ana Səhifə Gündəm Ölkə Siyasət Hadisə Kriminal Şou-Biznes Dünya Foto İdman Bölgə Video
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
”Cəlilabadda korrupsiya və rüşvətxorluğa qarşı AMANSIZ mübarizə aparılmalıdır” - Yadigar Əzizovdan PREZİDENTƏ MÜRACİƏT
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Şirvanda Afət Mirzəyev kabusu – DYP rəisi kimsəsiz uşağı döyərək görün nə hala salıb – İDDİA (video)
Xəbərlər>Gündəm / ÖLKƏ
22-10-2019, 08:26

Beyləqanda müəllimlər yeni təhsil müdirindən narazılıq edirlər – bir ildə iki təyinatın aqibəti

Beyləqanda müəllimlər yeni təhsil müdirindən narazılıq edirlər – bir ildə iki təyinatın aqibəti

Beyləqanda bir qrup müəllim Təhsil Şöbəsinin yeni təyin olunmuş müdiri Həsən Həşimovdan narazılıq edir

Prezident İlham Əliyevin sərancamı ilə Asif Ağayev Şamaxı rayon İcra Hakimiyyəti başçısı vəzifəsindən Beyləqan rayon icra başçısı vəzifəsinə transver edildi.

RealMedia.az xəbər verir ki, Asif Ağayev Beyləqan rayonuna icra hakimiyyəti başçısı təyin edildikdən az sonra rayonda kadr islahatları apardı. Beləliklə də icra başçısı illərlə vəzifədə oturuşmuş və oliqarxlaşmış kadrları gənc və bacarıqlı, işgüzar kadrlara əvəzlədi. Əslində icra başçının kadr dəyişikliyi etməsi təqdirə layiq haldır.

Ancaq nədənsə, Beyləqan rayon Təhsil Şöbəsinin kadr sarıdan bəxti heç üzünə gülmür ki, gülür. Taleyi qara Beyləqan təhsilinin ilbəil bəxti qara gəlir.

Xatırladaq ki, Asif Ağayev kadr islahatlarında ilk addımını rayonun təhsil şöbəsindən başlayıb.

Bir ildə iki təyinata…

İcra başçısı kadr dəyişikliyi ilə bağlı ilk uğurlu addımı Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanı işdən azad etməsi oldu. Yerinə isə, Beyləqan rayon Təhsil İşçilərinin Həmkarlar Komitəsinin sədri Tahir Həsənovu təyin etdi. Ancaq nədənsə, Tahir Həsənovda bu vəzifədə uzun uzadı işləmədi, 1 il olmamış icra başçısı onu da işdən azad etid və… Və yerinə Beyləqan rayon Çəmənli kənd orta məktəbinin direktoru Həsən Həşimovu təyin etdi. Bu da o deməkdir ki, icra başçısı TŞ-də bir ildə iki dəfə kadr dəyişikliyi edib. Belə olan halda da ortaya müəamma dolu suallar çıxır.

Görəsən, icra başçısı kadr təyin edərkən yanılıb, yoxsa, seçdiyi kadrları uğursuz olub?

Deyək ki, Tahir Həsənov icra başçısının etimadını doğrulda bilmədi və bu üzdəndə başçı onu işdən çıxardaraq, yerinə Həsən Həşimovu təyin etdi.

Bəs yaxşı, Həsən Həşimov necə? O, doğru kadrdımı? Doğrudandamı, icra başçısı H. Həşimovu Beyləqan rayon TŞ-nə təyin etməklə düzgün seçim edib?

RealMedia.az yeni təhsil müdiri Həsən Həşimovun keçmişi ilə bağlı müfəssəl məlumatlar əldə edib.

Əldə etdiyimiz məlumatlarda bildirilir ki, icra başçısının Beyləqan təhsilinə müdir təyin etdiyi Həsən Həşimov heç də keçmişi aydın, əməli saleh biri deyil, o çevirəsində daha çox şərəşür işlərlə məşğul olan adam kimi tanınıb. Deyilənlərə görə, o əvvəllər Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında xidmət edib və xidmət zamanı böyük yalnışlığa, ciddi nöqsanlara yol verib,elə bu üzdən də xidmətdən kənarlaşdırılıb. Həsən Həşimov SQ sıralarında 8 il zabit kimi xidmət edib.

Bu yerdə maraqlı sual ortaya çıxır. Bəs yaxşı, necə oldu ki, Həsən Həşimov səkkiz ildən sonra Sərhəd Qoşunları sıralarından çıxdı.

Əldə etdiyimiz məlumatlara görə Həsən Həşimov öz razılığı ilə Sərhəd Qoşunlarından çıxmayıb, onu çıxarıblar. Səbəb isə belədir ki, Həsən Həşimov bir zabit kimi sərhədlərimizin keşiyini çəkərkən təhlükəli işlərlə məşğul olub(hətta onun ictimai təhlükəli cinayət törətdiyi bildirilir) və bu səbəbdən də, o xidmətdən uzaqlaşdırılıb. Bu istiqamətdə bəzi araşdırmalarımız davam edir, əldə etdiyimiz informasiyalar tam dəqiqləşdirildikdən sonra daha geniş və aydın şəkildə ictimaiyyəti məlumatlandıracağıq.

Bu günlərdə isə belə bir şəxsin bir rayonun təhsil sisteminin başında əyləşdirilməsi, eləcə də böyük bir müəllim ordusuna rəhbərlik etməsi nə qədər doğrudur? Hər halda güman etməyə dəyər ki, tək bizi deyil, hər kəsi düşündürən bu suallara cavab verən kimsə tapılacaq.

İndi isə bildirilir ki, Həsən Həşimov təhsil şöbəsi müdiri kimi fəaliyyətə başlayar, başlamaz 6 saylı şəhər məktəbinin müəllimlərinə töhmət verib. Bu isə, rayonun pedaqoji kollektivlərinin ciddi narazılığına, səs küyə   səbəb olub.

Bu üzdən də bir qurup müəllim kollektivinin Həsən Həşimovun qanunsuz hərəkətlərinə son qoyulması, eləcə də işdən çıxarılmasına dair ölkə prezidentinə müraciətlər olunduğu bildirilir.

Reportyor.tv

скачать dle 10.6фильмы бесплатно
FACEBOOK ŞƏRH YAZ
SON XƏBƏRLƏR
XƏBƏR LENTİ
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Şəhid övladının ad günündə gözlənilməz hədiyyə - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Gəncə səhiyyəsində ilginc özbaşınalıq - VİDEO
Əli Həsənov:
Əli Həsənov: "Azərbaycan Konstitusiyası ölkənin davamlı inkişafı və tərəqqisinə xidmət göstərir"
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
İsveçdə “Ağdam restoranı”nın açılışı olub – FOTOLAR
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
“Əmlak” Kərəmindəmi ulduzu sönür? ONU BAGIŞLAMAQ OLARMI?
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
Prezidentin siyasətini kimlər sabotaj edir? - 8 məcburi köçkün ailəsinə ev verilmir... - VİDEO
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
«Məqsədimiz daha çox oxucu kütləsinə sahib olmaqla yanaşı, Azərbaycan reallıqlarını dünyaya çatdırmaqdır»
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Qırğızıstanda Mayluu-Suu şəhəri yaxınlığındakı radioaktiv tullantı anbarı regionda yaşayan əhaliyə böyük təhlükədir
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək
Bu gün havanın temperaturu 23 dərəcəyə yüksələcək