Əlişir Usmanov “Forbes” reytinqində Özbəkistanın ilk nümayəndəsi olub
Tarix: 5-04-2025, 18:41
Baxılıb: 100
Google+ Paylaş
Tumblr Paylaş

Əlişir Usmanov “Forbes” reytinqində Özbəkistanın ilk nümayəndəsi olub

5-04-2025, 18:41

Bu il Amerikanın “Forbes” jurnalı Özbəkistanı ilk dəfə dünyanın ən zəngin adamlarının illik siyahısına daxil edib. Sərvəti 16,7 milyard dollar dəyərində qiymətləndirilən Əlişir Usmanov indi, əvvəllər olduğu kimi, Rusiyadan deyil, Özbəkistandan olan sahibkarlar siyahısındadır.

“USM Holdings”in təsisçisi Usmanov uzun illərdir ki, “Forbes”in milyarderlər siyahısında qalıb, lakin bu il sərvətinin 3,3 milyard dollar artması sayəsində 144-cü yerdən 125-ci yerə yüksəlib.

“Forbes” siyahını tərtib edərkən təkcə vətəndaşlığı deyil, yaşayış yerini də nəzərə alır. Usmanov 2022-ci ildən Daşkənddə yaşayır və bu, çox güman ki, siyahıdakı statusunun dəyişdirilməsi üçün əsas olub.

Xatırladaq ki, martın ortalarında Avropa İttifaqı iş adamı Əlişir Usmanovun bacısı Gülbahor İsmayılova da daxil olmaqla üç rusiyalıya qarşı sanksiyaları ləğv etməyə razılıq vermişdi.

Ə.Usmanov Qərbdə RF prezidenti Vladimir Putinin yaxın adamı sayıldığından rusiyalı biznesmenlərə tətbiq edilən sanksiyalardan əz nəsibini alıb.

Məhz həmin sanksiyalar üzündən o, ötən ilin sonlarında Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilsə də, səlahiyyətlərini könüllü olaraq dayandırıb.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ