Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Sağlamlıq » "Onlara autizm diaqnozu qoyulur, düzgün deyil" - Pediatr
"Onlara autizm diaqnozu qoyulur, düzgün deyil" - Pediatr

“Autizm dövrümüzün bəlasıdır. Bütün dünyada sürətlə artır. Bizdə rəsmi statistikaya görə, təxminən 3000 autist uşaq var. Qeyri-rəsmi isə bundan dəfələrlə çoxdur. Çünki cüzi davranış pozğunluğu olan uşaqlara hörmətli psixoloqlarımız autizm diaqnozu qoyur. Bu da düzgün deyil”.

Bu sözləri pediatr Vaqif Qarayev deyib.

Onun sözlərinə görə, autizmin səbəbi barədə dəqiq fikir yoxdur:

“Olanlar da hipotetik şəkildədir. Bir vaxtlar peyvəndi günahkar bilirdilər. Alınmadı. Çünki dünyada nə qədər peyvəndsiz autist var. İndi autist uşaqların qan dəyərlərində ağır metalların olmasına diqqət çəkilir. Ağlabatandır. Bəlkə analar ağır metalla zəngin qidalar qəbul etdiyinə görə uşaq autist doğulur.
Nə etmək lazımdır? Uşaq doğulandan sonra qanda ağır metalların müayinəsi aparılsa, yaxşı olar ki, vaxtında tədbir görülsün. 2 yaşlı uşaqların inkişaf parametrlərini dəyərləndirmək üçün pediatr, mütləq psixoloq və psixiatrla məsləhətləşməilidir.

Uşağa telefon vermək düzgün deyil! Onunla daim danışmaq, diqqətini çəkən oyuncaqlar almaq lazımdır. Sosiallaşmanın xüsusi əhəmiyyəti var. Bu baxımdan bağçanın rolu danılmazdır”.

Şərhlər