“Şirinlik” yaşıllığın kökünü kəsdi – Nəsimidə restoran ağacları məhv edir, hamı susur! VİDEO
Tarix: 6-04-2025, 21:42
Baxılıb: 183
Google+ Paylaş
Tumblr Paylaş

“Şirinlik” yaşıllığın kökünü kəsdi – Nəsimidə restoran ağacları məhv edir, hamı susur! VİDEO

6-04-2025, 21:42

Reportyor.tv xəbər verir ki, Nəsimi rayonu ərazisində yerləşən və “Memar Əcəmi” metro stansiyasının çıxışında fəaliyyət göstərən “Şəki” restoranı tərəfindən törədilən ekoloji cinayət ölkə gündəmini silkələyib. Prezident İlham Əliyevin yaşıllıqların mühafizəsinə dair sərəncamına və mövcud qanunlara baxmayaraq, restoranın sahibi Etibar adlı şəxs tərəfindən kütləvi şəkildə ağaclar kəsilərək yaşıllıqlar məhv edilib.

Şahidlərin Bakunews.az-a verdiyi məlumata görə, restoranın genişləndirilməsi məqsədilə gecə saatlarında onlarla ağac xüsusi texnika ilə kökündən çıxarılıb. Ərazi əvvəlcə hasarlanıb, daha sonra yaşıllıq məhv edilərək kommersiya məqsədilə istifadə olunmağa başlanıb. Bütün bunlar isə rayonun aidiyyəti qurumlarının gözü qarşısında, heç bir hüquqi məsuliyyət olmadan baş verib.

Sual doğuran məqam isə budur: Prezidentin sərəncamı, Cinayət Məcəlləsindəki müvafiq maddələr – Etibar və onun şəriki üçün niyə keçərli deyil?

Rayon sakinlərinin fikrincə, məsələ “şirinliklə” ört-basdır edilir və rüşvət müqabilində cinayətə göz yumulur. Əgər bu iddialar doğrudursa, bu artıq təkcə ekoloji yox, həm də hüquqi və inzibati cinayətdir. Yaşıllıqların qorunması yalnız vətəndaşların deyil, dövlətin prioriteti olmalıdır.

Bakunews.az olaraq qeyd edirik ki, Cinayət Məcəlləsinin 259-cu maddəsinə əsasən, qanunsuz ağac kəsimi cinayət məsuliyyəti yaradır və zərər vuran şəxslərin ciddi şəkildə cəzalandırılması nəzərdə tutulur. Ancaq görünən odur ki, bəzi şəxslər bu qanunun tətbiqindən kənarda saxlanılır.

Nəsimi rayonu son aylarda ard-arda baş verən qanunsuz tikinti və torpaq zəbt halları ilə gündəmə gəlir. Yeni icra başçısının təyinatı gözlənilən bir vaxtda, rayonda hər qarış torpaq “əl dəyişir”, yaşıllıqlar isə gəlir naminə yox edilir. “Şəki” restoranı ətrafında baş verənlər isə bu xaosun və sistemsizliyin bariz nümunəsidir.

Bakunews.az məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Baş Prokurorluğa müraciət edib. İctimaiyyət cavab gözləyir: Qanun hər kəsə eyni tətbiq olunmalıdır, yoxsa bu ölkədə ayrıcalıqlı insanlar var?

Bu cür açıq qanun pozuntularına qarşı susqunluq göstərmək, ictimai etimadı sarsıdır və hüququn iflası deməkdir.
Bakunews.az
Abşeronda nə baş verir...? - Qobu qəsəbəsi ekoloji fəlakətin astanasındadı VİDEO » www.REPORTOR.tv

Nəsimi rayonunda "ekoloji terror" davam edir - Ağacların kütləvi kəsiminə 11 saylı RETSİ-nin rəisi göz yumur?/VİDEO+FOTO » www.REPORTOR.tv
Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edir.


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ