Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Nəsimi rayonunda “Qarant İnşaat” layihədən kənar qanunsuz tikinti işləri aparır? -Videofakt
Nəsimi rayonunda “Qarant İnşaat” layihədən kənar qanunsuz tikinti işləri aparır? -Videofakt

Nəsimi rayonunda “Qarant İnşaat” MMC layihədən kənar qanunsuz tikinti işləri aparır? Yeni icra başçısı təyin olunsada qanunsuz tikintilər davam edir?


Bizimesr.az bildrir ki, Nəsimi rayonu Cavadxan və 20 yanvar küçələrinin kəsişməsində “Qarant İnşaat” MMC bina tikintisi layihəsindən kənar qazıntı və inşa işləri aparıldığı iddia olunur.

Məlumata görə həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin 30 dekabr 2020-ci il tarixli 301 saylı sərəncamına əsasən Nəsimi rayonu, 20 Yanvar və Cavadxan küçələrinin kəsişməsində, Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin 31.07.2008-ci il tarixli, 1108056396 qeydiyyat nömrəli Çıxarışına əsasən xüsusi mülkiyyətdə olan 0.14901 ha torpaq sahəsinə bitişik, 0.35 ha torpaq sahəsi yaşayış binasının tikintisi məqsədilə “Qarant İnşaat” MMC-nin icarə əsasında istifadəsinə verilmişdir.


Qeyd edək ki, Tahir Budaqov ötən günlərdə Nəsimi rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. Bundan öncə bir ay icra hakimiyyətinin başçsı Elxan İbrahimov olub. O, vəzifədən azad olunub. Uzun müddət Nəsimi rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müavin icra edib.

media-002 Xatırladaq ki, sözügedən ünvanda yaşıllıq ərazi olub ​ 2022-ci ildə “Qarant İnşaat” MMC tərəfindən aparılan işlər zamanı ağaclar kəsilmişdir dəymiş ziyana görə MMC 6600 (altı min altı yüz) manat cərimə edilmişdir.


Yeni təyin olunan İcra Hakimiyyətinin başçısı Tahir Budaqov rayon ərazisində qanunsuz tikintilərin qarşısını ala biləcək?

Şərhlər