Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Gündəm » Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!
Tanınmış vəkildən qalmaqallı iddia: Əli Əsədov xəbərindən sonra məmurlar falçı qapısında milyonlar xərcləyir!

Baş nazir Əli Əsədov haqqında yayılan ifşaedici materiallar hakimiyyət daxilində görünməyən başqa bir tendensiyanı üzə çıxarıb. İddialara görə, yüksək vəzifəli şəxslər və onların ailə üzvləri kütləvi şəkildə falçı və cadugərlərə üz tutur.

Reportyor.tv xəbər verir ki, tanınmış vəkil Əkrəm Həsənovun açıqlaması isə bu mənzərəyə tam başqa rakursdan baxmağa sövq edir.

Onun sözlərinə görə, məmur ailələri, xüsusilə də yüksək vəzifəli şəxslərin həyat yoldaşları “bədnəzərdən qorunmaq”, “göz qaytarmaq”, “dil-ağız bağlamaq” kimi primitiv ayinlərə külli miqdarda vəsait xərcləyirlər. Bu artıq fərdi inanc deyil, sistemli problemdir. Bəs cadügər və falçılara xərclənən milyonlar haradan gəlir? Əkrəm Həsənovun toxunduğu ən ağrılı nöqtə məhz budur. Əgər falçılara milyonlar xərclənirsə, bu pullar hansı mənbədən formalaşır?

İllərdir müzakirə olunan şişirdilmiş tenderlər, saxta müqavilələr, büdcə vəsaitlərinin mənimsənilməsi kimi iddialar bu kontekstdə daha qaranlıq çalar alır.

2 milyonluq “cadugər duası” – “Maya” işi

Azərbaycanda falçı qalmaqalları artıq təsadüfi hadisə deyil. Bu, sistemli şəkildə formalaşan bir sxemin əlamətləridir.

Bunun ən bariz nümunəsi özünü “Maya” kimi təqdim edən Şəfəq İsmiyevanın cinayət işidir. İstintaqa materiallarına görə, 2020-ci ildə Şəfəq İsmiyeva sosial şəbəkədə saxta falçı obrazı yaradaraq insanları psixoloji manipulyasiya yolu ilə aldadıb.

Zərərçəkmiş Sənan Ağarzayev 2 ilə yaxın müddətdə ona ümumilikdə 1 milyon 998 min manat pul verib.

Məhkəmə dövründə bu vəsaitin yalnız 293 min manatı geri qaytarılıb.

Qalan milyonlar isə yoxa çıxıb.

İşin materiallarına görə Şəfəq İsmiyeva tək hərəkət etməyib; Qeyri-rəsmi yaşadığı Ceyhun Zeynallı ilə birlikdə fəaliyyət göstərib. Pul bölgüsü isə belə olub 1 milyon 400 min manatlıq epizodda 800 min manat Zeynallıya, 600 min manat İsmiyevaya qalıb.

Zeynallı ittihamları rədd edib.

Amma fakt dəyişmir: ortada milyonlar var. İş üzrə zərərçəkmiş Sənan Ağarzayev Prezident Administrasiyasında yüksək vəzifə tutan Kərəm Həsənovun bacısı Rəna Ağarzayevanın həyat yoldaşıdır. Məhkəmədə səslənənlərə görə, pulların əhəmiyyətli hissəsi məhz bu ailədən çıxıb. Bu fakt göstərir ki, falçı tələsi artıq ən yüksək dairələrə qədər uzanıb.

Məhkəmə Ceyhun Zeynallını 11 il, Şəfəq İsmiyevanı 10 il 6 ay müddətinə azadlıqdan məhrum edib.

Hər ikisi Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə təqsirli bilinib. Apellyasiya və Ali Məhkəmə mərhələləri də hökmü dəyişməyib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti