
"Baş Prokurorluq Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər cavabdeh qrumların Füzuli rayonu Qacar kəndi ərazisində yeraltı sərvətlərin qanunsuz hasilatı və vəzifə səlahiyyətlərindən sui-istifadədə mövcud faktlarla bağlı araşdırma aparması çox vacib haldır..."
Reportyor.tv -a daxil olan məlumatda belə deyilir.
Beləki, Tik-Tok sosal platformasından Füzuli rayonu Qacar kəndi ərazisində yeraltı sərvətlərin qanunsuz hasilatı ilə bağlı yayılan video ciddi müzakirələrə səbəb olub. Yayılan videoda dədə balı kimi dağdılan ərazidə aparılan qanunsuz işlərlə bağlı məlumat verilsə də hansı şirkətin bu qanunsuzluqlara imza atması ilə bağlı xəbər verilməmişdi.
Məlum hadisə ilə bağlı aparılan araşdırmamız nəticəsində yeraltı sərvətlərin qanunsuz hasilatı və vəzifə səlahiyyətlərindən sui-istifadədə hallarını həyata keçirən şirkət və iş icratçıları məlum olub.
Bildirilib ki, Füzuli rayonu, Qacar kəndi ərazisində yerləşən böyük otlaq sahəsində “TVM İnşaat” şirkəti tərəfindən qanunsuz şəkildə torpaq və yeraltı sərvətlərin (qum-çınqıl) çıxarılması həyata keçirilir. Müşahidələrə görə təxminən 10 hektardan çox sahə dağıdılıb və dağıdılmaqdadır.
Beləki, həmin ərazidə torpağın üst münbit qatı məhv edilərək bəzi yerlədrə 7 digər ərazidə isə 12 metrə qədər dərinliyədək qazıntı aparılıb. Ərazi qeyri-qanuni dağıdılaraq qum-çınqıl çıxardılraq tikinti məqsədilə daşınıb şəxsi ticarət istifadəsinə yönəldilir. Bürokratik fəaliyyət heç bir rəsmi icazə və ya lisenziya olmadan həyata keçirilir. Bu qanunsuz işlərə isə “TVM İnşaat” şirkətinin icraçı nümayəndəsi Kənan Əliyev rəhbərlik edir.
Bu şəxs uzun müddətdir ki, bu qanunsuz iş müqabilində müəyyən şəxslərlə rüşvət verir və qeyri-rəsmi razılaşmalar əsasında fəaliyyət göstərir eləcə də şirkətin rəhbəri Anar müəllimi də öz oynuna alət edir. “TVM İnşaat” şirkətinin iş icraçı Kənan Əliyevin bu əməlləri dövlətə, ekologiyaya və bələdiyyə torpaqlarına külli miqdarda maddi ziyan vurmaqdadır.
K.Əliyevin qanunsuz hasilatı qanunvericiliyinin kobud şəkildə pozur. Onun bu əməlləri aşağıdakı qanun və maddələrə ziddir: “Yerin təki haqqında” Qanun – yeraltı sərvətlər yalnız dövlət mülkiyyətindədir və yalnız xüsusi icazə ilə istifadə oluna bilər; “Ətraf mühitin mühafizəsi haqqında” Qanun – torpağa və təbiətə ziyan vurmaq qadağandır; Cinayət Məcəlləsi maddə 255 – yerin təkinin mühafizəsi qaydalarının pozulması...






Şərhlər