Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Ağdamda Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi açılıb
Ağdamda Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi açılıb








Ağdamda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Ağdam Rayon İcra Hakimiyyəti və Ağdam rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində qələbəmizə həsr olunmuş rəsm sərgisi açılıb.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri Elnurə və Aygün İsgəndərova bacılarının əl işləri sərgilənib. Qarabağ zəfərinə həsr olunmuş "Milli-mənəvi dəyərlərimiz" adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisində rəssamların 50-yə yaxın əsəri nümayiş olunur. Sərgi, şəhid ailələri və media nümayəndələrinə təqdim olunub. Sərgi-tədbirdə iştirak edən şəhid anaları üçün xüsusi diplom və hədiyyələr təqdim olunub.

Şərhlər