Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Bölgə » Ağdamda ilan sürüsü yaşayış evinə dolub -FOTO
Ağdamda ilan sürüsü yaşayış evinə dolub -FOTO

Ağdamda ilan sürüsü yaşayış evinə basqın edib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb. Belə ki, ilan sürüsü Ağdam rayon Əhmədavar kəndindən məcburi köçkün düşən Zahir Zeynalovun evinə basqın edib. Kərpic tikiliyə dolan ilanlar ev sahibinin gecələr bayırda gecələməsinə səbəb olub.
Z. Zeynalov APA-ya açıqlamasında bildirib ki, aidiyyəti qurumlar evdə dərmanlama işləri aparsa da, ilanlar evin dam örtüyünü tərk etmir. Son bir gün ərzində hər birinin uzunluğu 1,24 santimetr olan 3 ədəd ilan öldürülərək evdən çıxarılıb. Ev sahibi hələ də evdə ilan olduğunu deyir.








 

Şərhlər