Koronavirus bu müddət ərzində ÖZÜNÜ BİRUZƏ VERİR - Alimlər açıqladı
Tarix: 22-03-2020, 13:21
Baxılıb: 1 030
Google+ Paylaş
Tumblr Paylaş

Koronavirus bu müddət ərzində ÖZÜNÜ BİRUZƏ VERİR - Alimlər açıqladı

22-03-2020, 13:21

“Bloomberg”dəki Cons Hopkins Xalq Sağlamlığı Məktəbində çalışanlar COVID-19-un orta inkubasiya dövrünü açıqlayıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, COVID-19-nin törədicisi olan SARS-CoV-2 məlumatlarını təhlil etdikdən sonra məlum olub ki, xəstəliyin orta inkubasiya dövrü 5,1 gündür. Tədqiqat nəticələrinə görə, 14 günlük karantin elan olunması ağlabatan ehtiyat tədbirləridir.
Qeyd olunur ki, insanların 97,5 faizində SARS-CoV-2 simptomları infeksiyaya yoluxandan sonra 11,5 gün ərzində görünür. Şöbə vurğulayıb ki, xəstəliyin inkubasiya dövrünün dəqiq müəyyənləşdirilməsi COVID-19 yayılmasının dinamikasının daha yaxşı qiymətləndirilməsinə və effektiv nəzarət tədbirlərinin inkişafına imkan verəcək.


ƏTRAFLIhuawei.comSon məlumatlara görə, dünyada 306 mindən çox insan koronavirusa yoluxub, 13 mindən çox insan ölüb, 92,3 min nəfər sağalıb. İnfeksiya 2019-cu il dekabrın sonlarında Çinin Uhan şəhərində başlayıb.
Aytən Məftun


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ