Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Əli Kərimli ömürlük azadlıqdan məhrum edilə bilər –Detallar
Əli Kərimli ömürlük azadlıqdan məhrum edilə bilər –Detallar

Xəbər verildiyi kimi Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan AXCP sədri Əli Kərimliyə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Bəs bu ittiham öz təsdiqini taparsa Əli Kərimlini nə qədər həbs gözləyə bilər?

Mövzu ilə bağlı tanınmış hüquqşünas Ramil Süleymanov Musavat.com-a danışıb:

“Cinayət Məcəlləsinin 278-ci maddəsində göstərilir ki, Konstitusiyaya zidd olaraq hakimiyyəti zorla ələ keçirmək, ölkənin konstitusiya quruluşuna qarşı zor tətbiq etməklə hərəkətlərə yol vermək və ya bu istiqamətdə addımlar atmaq ağır cinayət hesab olunur. Bu maddəyə görə 12 ildən 20 ilə qədər, eləcə də ömürlük azadlıqdan məhrum etmə cəzası tətbiq edilə bilər”.

Xatırladaq ki, Əli Kərimli barəsində araşdırma Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi çərçivəsində aparılır.

Noyabrın 29-da Əli Kərimlinin evində axtarış aparılıb.

Xalidə Gəray
Musavat.com

Şərhlər