Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bakıda ucuz qiymətə qəribə formalı ətlər satışa çıxarıldı - VİDEO
Bakıda ucuz qiymətə qəribə formalı ətlər satışa çıxarıldı - VİDEO


Azərbaycanda satılan mal ətləri görünüşünə görə müzakirə mövzusu olub.

Musavat.com xəbər verir ki, bazarlarda və bəzi satış nöqtələrində rast gəlinən bu ət məhsullarının hansı ölkədən idxal edildiyi barədə məlumat verilməməsi narahatlığı daha da artırıb. Alıcılar məhsulun mənşəyi, emal prosesi və təhlükəsizliyi ilə bağlı aydın məlumatın olmamasından şikayətlənirlər.

Müzakirələrdə əsas diqqət çəkən məqamlardan biri ətin təbii kəsim formasına bənzəməməsidir. Kub şəklində təqdim olunan ətlərin sənaye üsulu ilə formalaşdırıldığı, yaxud iri həcmdə dondurularaq sonradan bölündüyü ehtimalları irəli sürülür. Sosial şəbəkələrdə yayılan görüntülərdə bu cür ətlərin klassik sümük və lif quruluşunun seçilmədiyi iddia olunur.

Digər tərəfdən, qiymətin bazar ortalamasından xeyli aşağı olması da alıcıların diqqətini çəkib. Yerli bazarda təzə mal ətinin qiyməti adətən daha yüksək olduğu üçün istehlakçılar bu məhsulun keyfiyyəti və saxlanma şəraiti ilə bağlı şübhələrini ifadə edirlər.

deo=][video=]<iframe width="670" height="400" src="https://newstube.az/embed/190620" frameborder="0" allowfullscreen></iframe>

Şərhlər