Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Deputatdan uşaqlar və yeniyetmələrlə bağlı MÜHÜM ÇAĞIRIŞ
Deputatdan uşaqlar və yeniyetmələrlə bağlı MÜHÜM ÇAĞIRIŞ

Deputat Ceyhun Məmmədov parlamentin iclasında çıxış edib.

Musavat.com-un xəbərinə görə, o bildirib ki, ötən gün “Azərbaycan Uşaqları” İctimai Birliyinin qərargahında Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun birgə təşkilatçılığı ilə “Yeni reallıqlar, yeni həllər: Uşaqların ekran və virtual mühitə aludəçiliyi, müdafiəsiz vəziyyətə düşməsi” mövzusunda önəmli ictimai müzakirə keçirilib:

“Həmin müzakirədə bir neçə həmkarımla birlikdə iştirak etdik.

Öncə onu qeyd edim ki, “Azərbaycan Uşaqları” İctimai Birliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın bilavasitə dəstəyilə yeni müasir inzibati bina ilə təmin olunub. Bu bir daha cənab Prezidentin, Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun bu sahəyə yüksək diqqət və qayğısını göstərir.

Təəssüflə qeyd etmək lazımdır ki, uşaq və yeniyetmələrin ekran və virtual mühitə aludəçiliyi, rəqəmsal mühitin onların psixoloji durumuna mənfi təsiri halları getdikcə daha da artır. Bu da öz növbəsində təlim və tərbiyə prosesinə çox ciddi təsir edir”.

Deputat deyib ki, bu gün dünya ölkələrinin qarşısında duran ən mühüm vəzifələrdən biri də təhsil, tərbiyə və texnologiya arasında balansın qorunmasıdır:

“Məhz bu reallıqları nəzərə alaraq bir sıra dünya ölkələri uşaq və yeniyetmələrin virtual asılılığının, rəqəmsal mühitin onların psixologiyasına mənfi təsirinin aradan qaldırılması ilə bağlı müxtəlif qanunlar və normalar qəbul etməyə başlayıblar. Gözlənən odur ki, bu prosesə getdikcə daha çox ölkə qoşulacaq.

Bu da bir reallıqdır ki, yalnız qanunun qəbulu yetərli deyil, buna paralel olaraq həm dövlət qurumları, həm də qeyri-hökumət təşkilatları tərəfindən geniş maarifləndirmə və təbliğat işləri də aparılmalıdır”.

Ceyhun Məmmədov spikerə müraciət edib:

“Əgər uyğun görsəniz, qeyd olunan məsələlərin aktuallığı nəzərə alınaraq sözügedən məsələnin ölkəmizdə də hüquqi tənzimlənməsi yollarının müzakirə olunmasını, eyni zamanda müxtəlif dövlət və qeyri-hökumət təşkilatlarının iştirakı ilə Milli Məclisdə də bu barədə bir dinləmənin təşkili məsələsinin nəzərdən keçirilməsini təklif edirəm”.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti