
"Maliyyə vəziyyətini yaxşılaşdırmaq və pulun bərəkətini artırmaq üçün yalnız zəhmət deyil, həm də doğru enerji axını önəmlidir"
Bunu rusiyalı ekstrasens Adelina Panina deyib. O bildirib ki, pul qabında saxlanılan bəzi rəmzlər və əşyalar maddi rifahın açarı ola bilər. Onun sözlərinə görə, gündəlik istifadə etdiyimiz cüzdanların içindəki simvolların maliyyə enerjisi ilə birbaşa bağlılığı var.
Mütəxəssis konkret təsvirlərin uğur gətirdiyini vurğulayaraq qeyd edir: “Pulun kəsilməməsi üçün cüzdanda qurbağa, siçan, böyüyən ağac, alma və ya nar təsvirləri daşımaq lazımdır. Həmçinin Çin fənərləri və ya qədim bərəkət rəmzləri də maliyyə axınını sürətləndirir”.
Bundan əlavə, ekspert nadir buraxılışlı əskinasların və hələ dövriyyədə tam köhnəlməmiş yeni pulların uğur gətirdiyini bildirir. Paninanın fikrincə, bu sadə üsullar hər kəsin özünü bolluq və bərəkətə kökləməsinə kömək edə bilər. Görünür, xırda bir təsvir belə, cüzdandakı pulların artması üçün gözlənilməz stimul yaradır.//Demokrat.az





Şərhlər