Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Cəmiyyət » Bürclərə ŞOK XƏBƏRDARLIQ – Tənhalıq, uğursuzluq... Həyatınız alt-üst ola bilər
Bürclərə ŞOK XƏBƏRDARLIQ – Tənhalıq, uğursuzluq... Həyatınız alt-üst ola bilər

Dünəndən etibarən Saturn Qoç bürcünə keçid edib. Saturn səbr tələb edir, Qoç isə tələskəndir. Bu iki zidd gücün toqquşması bürclər üçün ciddi sınaqlar yarada bilər.

Reportyor.tv xəbər verir ki, tanınmış astroloq Dinçer Güner 13 aprel 2028-ci ilə qədər davam edəcək bu astroloji hadisəni 12 bürc üçün şərh edib.

“Astroloji baxımdan Saturn Qoç bürcündə “düşüş” mövqeyində hesab olunur. Bu termin planetin öz təbiətini ifadə etməkdə çətinlik çəkdiyi mövqeni göstərir. Saturn sərhədlər qoyur və səbr tələb edir. Qoç isə hərəkətə keçmək, risk etmək və dərhal nəticə əldə etmək istəyir. Bu ziddiyyət insanın daxili aləmində davamlı gərginlik yarada bilər.

Qoç fərdiliyi, özünü dərk etməyi və “Mən” olmaq hüququnu təmsil edir. Saturn bu sahəyə daxil olduqda insanın özü ilə bağlı illüziyalarını dağıdır və onu həqiqətlə üz-üzə qoyur. Bu dövrdə insan özünü heç vaxt olmadığı qədər tənha və ya uğursuzluq qorxusu içində hiss edə bilər. Qoçun zahiri cəsarətinin arxasındakı gizli güvənsizliklər üzə çıxar. Bu dövrdə güc başqalarından üstün olmaqdan deyil, öz sərhədlərini tanımaq və onların daxilində intizamla hərəkət etməkdən qaynaqlanacaq.

Qoçun “əvvəl hərəkət et, sonra düşün” prinsipi Saturn keçidi zamanı risklidir. Saturn öyrədir ki, hər hərəkət irəliləyiş deyil, hər savaş qalib gəlməyə dəyməz, hər fürsət dərhal dəyərləndirilməli deyil.

Bu illər cəsarətin əsl dəyərinin sorğulandığı bir mərhələdir. Radikal qərarlardan əvvəl düşünmək, nəticəni hesablamaq zəruri olacaq.

Qoç Mars tərəfindən idarə olunur. Marsın enerjisi yavaşladıqda insan daxilində “yanğın” və ya daimi əngəllənmə hissi yarana bilər. İnsan özünü haqsızlığa uğramış saya və təşəbbüsləri bloklandıqda həddindən artıq reaksiya göstərə bilər. Saturnun burada əsas dərsi isə budur: qəzəbi dağıdıcı silah yox, istiqamət göstərən kompas kimi istifadə etmək”, - astroloq qeyd edib.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti