
“Yazıçı öz kitabını küçədə sata bilər. Kim istəyirsə satsın da. Bunu məndən niyə soruşursunuz ki? Mən kitablarımı küçədə satmıram. Bilmirəm buna qanun icazə verir yoxsa yox? Bunu yaxşı olardı ki, aidiyyatı qurumlardan soruşasınız. Bircə onu deyə bilərəm ki, yazıçının kitablarını küçədə satması onun imicinə xələl gətirmir. Bu sadəcə şəraitsizlikdən belədir”.
Musavat.com xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
Bir neçə gün öncə Rəşid Mahmudov Medianews.az saytına verdiyi müsahibədə əməkdar artist Elza Seyidcahanı birliyə üzv etdiyinə görə yazıçını qınayaraq “Onun ən böyük təqsiri yazıçımız Anara düşür ki, onu Yazıçılar Birliyinə üzv edib. Ayıbdır!” ifadələrini işlətmişdi. Anar isə Rəşid Mahmudova qısa cavab verib.
“Yaxşı etmişəm Elza Seyidcahanı Yazıçılar Birliyinə üzv etmişəm” deyə qısa cavabla kifayətlənib.





Şərhlər