Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi-FOTO
Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi-FOTO

Məlum olduğu kimi, bu gün Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı təşkilatın üzvü seçilib.
Musavat.com xəbər verir ki, Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu  bu münasibətlə təbrik paylaşımı edib.
M.Çavuşoğlu X hesabında yazıb:
"D-8 Sammitində üzv qəbul edilən Can Azərbaycanı ürəkdən təbrik edirəm. Əminəm ki, Türk və İslam dünyasının mühüm mədəniyyət mərkəzləri arasında yer alan Azərbaycan təşkilata mühüm töhfələr verəcək. Qurulduğu gündən bəri ilk genişlənmə addımını atan D-8-in qarşıdakı dövrdə yeni üzvlər və tərəfdaşlarla daha da güclənəcəyinə tam inanıram", deyə M.Çavuşoğlu qeyd edib.
 
Nigar HƏSƏNLİ,
Musavat.com 
Screenshot_2.png (31 KB)

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti