Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Yüzlərlə insan Netanyahunun həyat yoldaşından polisə şikayət etdi: Bu əməlinə görə
Yüzlərlə insan Netanyahunun həyat yoldaşından polisə şikayət etdi: Bu əməlinə görə

Yüzlərlə insan İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Saranın mümkün cinayət əməlləri ilə bağlı polisə şikayət edib.
Publika.az xəbər verir ki, bu barədə "Times of Israel" məlumat yayıb.
Bildirilir ki, bu, "Kanal 12"nin araşdırma proqramı "Uvda"da ərinin cinayət işi üzrə şahidi qorxutmağa çalışmasından sonra baş verib.

Şahidi incitmək və onun ifadəsini təkzib etməyə cəhd etmək müvafiq olaraq üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılan cinayət əməlləridir. "Uvda"nın xəbərinə görə, Sara Netanyahu Likud partiyası fəallarından İsrailin baş nazirinə qarşı cinayət işlərindən birində əsas şahid olan Hadas Klyayna qarşı hücumları dərc etməyi və ifadə verməzdən əvvəl evinin qarşısında nümayiş keçirməyi xahiş edib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti