Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq
Zelenski şərtlərini açıqladı: İstənilən formatda danışıqlara hazırıq

Biz sülh üçün gələcək səylərin, xüsusən də atılacaq konkret addımların zəruriliyini müzakirə etdik.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon söhbətinin detallarını açıqlayarkən bildirib.
Rusiya ilə atəşkəs məsələsini müzakirə edən Zelenski bildirib ki, Kiyev 30 günlük atəşkəsə hazırdır.
"Rusiyanın bu təkliflə razılaşacağını gözləyirik. Mən də təsdiqlədim ki, Ukrayna istənilən formatda danışıqlara hazırdır. Amma bunun üçün Rusiya tam və qeyd-şərtsiz atəşkəsdən başlayaraq müharibəyə son qoymaq niyyətinin ciddiliyini nümayiş etdirməlidir. Prezident Tramp təsdiqlədi ki, bu müharibəyə son qoymaq istəyir, kömək etməyə hazırdır", - Zelenski bildirib.

Şərhlər