Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyədə DƏHŞƏTLİ PARTLAYIŞ - Yaralılar var - FOTO
Türkiyədə DƏHŞƏTLİ PARTLAYIŞ - Yaralılar var - FOTO

Türkiyənin Diyarbakır vilayətində yerləşən neft quyularından birində baş verən partlayış nəticəsində 7 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Musavat.com bu barədə Türkiyə mediasına istinadən xəbər verir.

Hadisə gecə saatlarında Diyarbakır-Batman magistralına yaxın ərazidə, TPAO-ya (Türkiyə Neft Şirkəti) məxsus Üçtepe-1 neft quyusunda qeydə alınıb. Partlayışdan dərhal sonra ərazidə güclü yanğın başlayıb.

Əraziyə dərhal təcili tibbi yardım və yanğınsöndürən briqadalar cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti həkim nəzarətindədir.

İlkin araşdırmalara əsasən, partlayışa qaz sızması səbəb olub. Sahədə çalışan işçilərin vaxtında müdaxiləsi nəticəsində neft vanası bağlanıb və yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti