Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Tbilisidə bazarda baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB
Tbilisidə bazarda baş verən güclü yanğın söndürülüb - YENİLƏNİB

Tbilisidə vağzal bazarı ərazisində baş verən güclü yanğın söndürülüb.
Bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.
Yanğın səhər saatlarında başlayıb - mağazaları, meyvə, tərəvəz və geyim anbarlarını əhatə edib.
Bildirilib ki, xəsarət alanlar yoxdur. Yanğının səbəbləri hələ ki, məlum deyil.
***
Tbilisinin "Vağzal meydanı" metro stansiyası yaxınlığında yerləşən geyim bazarında güclü yanğın baş verib.
Bu barədə "RİA Novosti" məlumat yayıb.
Hadisə yerinə yanğınsöndürən briqadalar cəlb olunub, alovun lokallaşdırılması üçün işlər aparılır. İlkin məlumatlara görə, xəsarət alan yoxdur.
Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidməti xəbəri təsdiqləyib.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti