Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Türkiyədə general qəfil vəfat etdi
Türkiyədə general qəfil vəfat etdi

Türkiyədə Jandarma Baş Komandanlığının yüksək rütbəli zabiti dünyasını dəyişib.

Reportyor.tv xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Əli Yerliqaya açıqlama verib.

Nazir sosial mediada paylaşım edərək yazıb:

“Millətimizin başı sağ olsun. Jandarma Baş Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarə rəisi, general-mayor Selami Akşit keçirdiyi qəfil xəstəlik nəticəsində vəfat edib. Ona Allahdan rəhmət, ailəsinə, qəhrəman Jandarma qurumuna və bütün millətimizə başsağlığı diləyirəm”.

Selami Akşitin ölüm səbəbi barədə əlavə məlumat verilməyib. Türkiyə ictimaiyyətində generalın ölümü dərin hüznlə qarşılanıb.

Musavat.com

Şərhlər