Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Hadisə » Türkiyədə dəhşətli terror: ölən və yaralananlar var - FOTO - VİDEO
Türkiyədə dəhşətli terror: ölən və yaralananlar var - FOTO - VİDEO

Bursansanın Orhanqazi rayonunda həbsxana nəzarətçilərini daşıyan avtobus hərəkətdə olarkən partlayış baş verib. 
Publika.az-ın məlumatına görə, hadisə nəticəsində 1 həbsxana işçisi həyatını itirib, 1-i ağır olmaqla 4 nəfər yaralanıb.
Hücumla bağlı açıqlama verən Türkiyə Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, Bursa-Mudanya yolunda həbsxana gözətçilərinin keçidi zamanı əl bombası uzaqdan idarə olunan PUA vasitəsilə partladılıb: “Hadisəni törədənlərin saxlanılması üçün işlər davam etdirilir. Şəhidimizə Allahdan rəhmət, xəsarət alanlara isə tezliklə şəfa diləyirəm”.
Partlayışın təfərrüatları ilə bağlı ölkənin Ədliyyə naziri Bəkir Bozdağ da açıqlama verib: “Bursada icra məmurlarının xidməti avtomobili keçərkən baş verən partlayış nəticəsində məmurumuz Cengiz Yiğit şəhid olub, bəzi zabitlərimiz yaralanıb. Şəhidimizə Allahdan rəhmət, ailəsinə başsağlığı, səbr diləyirik. Yaralılarımızın tezliklə sağalmasını arzulayıram. İlkin məlumatlara görə, uzaqdan idarə olunan PUA ilə bombanın partladıldığı güman edilir. Təhlükəsizlik qüvvələrimiz və əlaqədar bölmələrimiz lazımi araşdırmaları davam etdirir. Bu alçaq pusqu quran xain qatillər tez bir zamanda  tutulmalıdır”.

Şərhlər