Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putin ABŞ-ın Ukrayna planı barədə: Rusiyanın mövqeyi və əsas mesajlar
Putin ABŞ-ın Ukrayna planı barədə: Rusiyanın mövqeyi və əsas mesajlar

Reportyor.tv xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ABŞ-lın Ukrayna üzrə irəli sürdüyü planla bağlı bir sıra mühüm açıqlamalar verib.

Dövlət başçısı həm Ankoric görüşünün nəticələrini, həm də Vaşinqtonun mövqeyini şərh edib. Putinin əsas mesajları belədir:

Ankoric görüşündə razılıq təsdiqlənib

Putinin sözlərinə görə, Alyaskada keçirilən danışıqlarda Moskva, mövcud çətinliklərə baxmayaraq, ABŞ tərəfinin irəli sürdüyü tənzimləmə təklifləri ilə prinsipial razılığını təsdiqləyib.

Vaşinqton kompromis istəyib — Moskva razılaşıb

Prezident bildirib ki, amerikalılar Rusiyadan müəyyən kompromislərə getməyi istəyiblər və Rusiya buna razılıq verib.

Danışıqlardakı fasilənin səbəbi Kiyevdir

Putin deyib ki, Ankoric görüşündən sonra yaranmış pauza Moskvanın mövqeyi ilə deyil, Ukrayna tərəfinin imtinası ilə bağlı olub.

Planın mətni Moskvada var, amma müzakirə olunmayıb

Putin təsdiqləyib ki, Rusiyanın Tramp administrasiyasının təqdim etdiyi planın mətni əlindədir. Lakin sənəd yenilənib və onun üzərində Moskva ilə predmet müzakirələri aparılmayıb.

“Kiyev və müttəfiqləri illüziyalardan çıxmır”

Prezidentin sözlərinə görə, Ukrayna və onun tərəfdaşları hələ də Rusiyanı məğlub etmək kimi “reallıqdan uzaq” mövqedə qalırlar.

ABŞ Ukraynanın razılığını ala bilmir

Putin iddia edir ki, hazırda Vaşinqton Ukraynanı razı sala bilmədiyi üçün planı Rusiya ilə tam həcmdə müzakirə etmir.

Rusiya həm danışıqlara, həm də hərbi dinamikaya hazırdır

Putin vurğulayıb ki, Moskva diplomatik prosesə açıqdır, amma eyni zamanda cəbhədə Kupyanskda baş verən geriləmə kimi situasiyaların digər sahələrdə təkrarlanması Rusiyanı tam qane edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti