
Reportyor.tv xəbər verir ki, Türkiyənin müdafiə sənayesi şirkəti ASFAT Rumıniya Hərbi Dəniz Qüvvələrinə “Akhisar” tipli döyüş gəmisini rəsmi olaraq təhvil verib.
Bu satış Türkiyənin tarixində ilk dəfə olaraq həm Avropa İttifaqı, həm də NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixracı kimi qeydə alınıb.
Rəsmi məlumatda bildirilir ki, sövdələşmə iki ölkə arasında müdafiə əməkdaşlığının güclənməsində mühüm mərhələ hesab olunur və Türkiyənin müdafiə sənayesinin beynəlxalq arenada artan rolunu bir daha göstərir.
Türkiyə və Rumıniya arasında hərbi-texniki tərəfdaşlığın gələcəkdə daha da genişlənəcəyi gözlənilir.
Musavat.com






Şərhlər