Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Putinin yuxularını qaçıracaq GÖRÜNTÜLƏR - Hamısını BU ÖLKƏYƏ gətirdilər
Putinin yuxularını qaçıracaq GÖRÜNTÜLƏR - Hamısını BU ÖLKƏYƏ gətirdilər

Qara dənizdə Ukraynanın Rusiya gəmilərinə hücumundan sonra Avropa–Moskva münasibətlərində gərginlik yenidən artdığı bir vaxtda Almaniya NATO çərçivəsində mühüm addım atıb.

Reportyor.tv xəbər verir ki, Berlin Şərqi Avropada təhlükəsizliyi möhkəmləndirmək məqsədilə Polşaya təxminən 150 hərbçi və bir neçə "Eurofighter" qırıcı təyyarəsi göndərib.

Almaniya Müdafiə Nazirliyi bildirib ki, Polşaya göndərilən heyətə pilotlar, texniklər, təhlükəsizlik əməkdaşları və hərbi polis daxil olmaqla 150 nəfər Hərbi Hava Qüvvələri personalı daxildir. Bununla yanaşı, Şimali Reyn-Vestfaliya əyalətindəki Nörveniç Hava Bazasından bir neçə "Eurofighter" qırıcı təyyarəsi Polşanın Malbork Hərbi Hava Limanına yerləşdirilib.

Nazirlik bildirib ki, bu addım Rusiya qırıcılarının Baltik dənizi bölgəsində hava məkanını pozmasının və PUA-ların (pilotsuz uçuş aparatları) NATO ərazisinə daxil olmasının qarşısını almağa yönəlib.

Almaniya Hərbi Hava Qüvvələri komandanı general-leytenant Holger Neumann məsələ ilə bağlı açıqlamasında bildirib:

“Bu missiya ilə qoşunlarımız Alyansın şərq cinahının müdafiəsinə dəyərli töhfə verir. Beləliklə, həm Polşaya, həm də ümumilikdə NATO-ya güclü dəstək mesajı göndəririk”.

Almaniyanın Polşaya göndərdiyi hərbi heyətin və qırıcı təyyarələrin ilkin olaraq gələn ilin mart ayına qədər fəaliyyətdə qalacağı açıqlanıb. Bu addım Avropa təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində NATO-nun şərq cinahında növbəti önəmli yerləşdirmə kimi qiymətləndirilir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti