Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Müsəlmanlarla bağlı dediyi sözlər SKANDAL yaratdı
Müsəlmanlarla bağlı dediyi sözlər SKANDAL yaratdı

ABŞ-də Respublikaçılar Partiyasının Nümayəndələr Palatasına namizədi Valentina Qomezin müsəlmanlara qarşı səsləndirdiyi ifadələr ölkədə ciddi tənqidlərə səbəb olub.

Reportyor.tv xəbər verir ki, onun sosial şəbəkələrdə yayılan videosunda müsəlmanları “terrorçu” adlandırması və “Texasdakı bütün çirkli müsəlmanları qovmaq” ifadəsindən istifadə etməsi geniş ictimai qınaqla qarşılanıb.

Videonun yayılmasından sonra insan haqları təşkilatları və bir çox siyasətçilər açıqlamaları açıq-aşkar nifrət nitqi kimi qiymətləndiriblər.

Qomezin bu açıqlamaları xüsusilə müsəlman icmaları və insan haqları müdafiəçiləri tərəfindən sərt şəkildə tənqid olunub. Bu ifadələrin cəmiyyətdə nifrəti qızışdırdığı və təhlükəli ritorika olduğu vurğulanır.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti