Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Zelenskinin təyyarəsini dronlarla VURMAQ İSTƏDİLƏR
Zelenskinin təyyarəsini dronlarla VURMAQ İSTƏDİLƏR

İrlandiyada rəsmi səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsini naməlum dronlar vurmağa cəhd etsə də, buna nail ola bilməyiblər.

Publika.az xəbər verir ki, bu barədə İrlandiyanın "The Journal" nəşri yüksək vəzifəli yerli mənbələrə istinadəla məlumat yayıb.

Dublin polisinin məlumatına görə, paytaxta yaxınlaşan Ukrayna liderinin təyyarəsini dörd naməlum uçuş aparatı uzun müddət izləyib.

Təqibdən sonra pilotsuz aparatların Zelenskinin gəlməsindən əvvəl gizli şəkildə İrlandiya dənizində yerləşdirilmiş hərbi gəminin ətrafında uçduğu bildirilir.

Mənbələr həmçinin qeyd ediblər ki, hüquq-mühafizə orqanları artıq rəsmi araşdırmaya başlayıblar — dronların qurudan, yoxsa aşkar olunmamış hansısa gəmidən havaya qalxıb-qalxmadığını müəyyən etmək üçün.

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti