Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Qərb mediası: Putin Trampla məzələnir
Qərb mediası: Putin Trampla məzələnir

Moskvadakı danışıqlar yalnız bir nəticə verdi: Qərb mediasının yazdığına və Putinin təsdiqlədiyinə görə, “Tramp planı” indi dörd paketə bölünmüş şəkildə müzakirə olunur. Bununla belə

Reportyor.tv xarici agentliklərə istinadən xəbər verir ki, Qərb mediasında gəlinən qənaətə əsasən, Kreml müharibəni davam etdirmək niyyətindədir və kompromisə dair heç bir işarə yoxdur.

NYT: dörd paralel istiqamət və razılaşma ilə bağlı şübhələr

New York Timesın məlumatına görə, hazırda müzakirələr eyni vaxtda dörd blok üzrə aparılır:
— Ukraynanın ordusu
— ərazi məsələləri
— iqtisadiyyat
— Avropanın təhlükəsizliyi

Lakin Vaşinqton və Avropada hesab edirlər ki, tərəflərin kompromisə yaxınlaşması ehtimalı son dərəcə azdır. Defense Priorities analitiki bildirir ki, Rusiyanın cəbhədə təsiri artır və bu, Putinə güzəşt etməyə heç bir stimul vermir. “Hər hansı razılaşma həm ağrılı, həm də ədalətsiz olacaq”, — deyə analitik vurğulayır.

NYT: Trampın ultimatumunun həyata keçməsi baş tutmadı

Qəzet yazır ki, Trampın Şükran Gününə qədər irəliləyiş əldə etmək barədə qoyduğu müddət artıq pozulub. Moskvadakı beş saatlıq görüş heç bir dönüş yaratmayıb. İndi Tramp qarşısında seçim var:
— Kiyevə təzyiqi artırmaq,
— təşəbbüsün uğursuzluğunu etiraf etmək,
— yoxsa Ukraynaya genişmiqyaslı hərbi yardımı bərpa etmək.

Onun ritorikası da dəyişib və daha ehtiyatla səslənir: “Tango üçün iki nəfər lazımdır… bunu görəcəyik”. ABŞ nümayəndə heyəti Floridada Ukrayna ilə yeni danışıqlara hazırlaşır.

CNN: Putin sülhə can atmır

CNN yazır ki, Rusiya lideri real razılaşma istəmir. “Putin heç bir razılaşma istəmir — və onunla razılaşma əldə etmək üçün edilən xahişlərin özü ona həzz verir”.

Kanalın qiymətləndirməsinə görə:
— Vaşinqtonun tərəddüdləri,
— Ukraynadakı siyasi böhran
Putinə göstərir ki, müharibənin uzanması onun xeyrinə işləyir.

CNN-in fikrincə, “münaqişənin davam etdirilməsi Putinin hakimiyyətdə qalmasının ən əlverişli yoludur”.

The Economist: Avropa dərhal ödəməlidir

Nəşr bildirir ki, Uitkoff–Dmitriyev planının ən pis bəndləri Aİ-nin təzyiqi ilə sakitcə çıxarılsa da, situasiya dəyişmir: Ukraynaya hər il 90–100 milyard dollar maliyyə dəstəyi lazımdır və bu yükün demək olar ki, tamamı Avropanın üzərinə düşəcək.

“The Economist” bunu iki sözlə ifadə edib: “Riyaziyyat amansızdır.”

AB buna:
— əvvəlki yardım həcmində qalmaq,
— üstəlik illik əlavə 50 milyard dollar da tapmaq tələb olunur.

Əks halda Putin sadəcə vaxtı uzadaraq, Avropanın yorulmasını və geri çəkilməsini gözləyəcək.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti