
Reportyor.tv xəbər verir ki, Ermənistanın Baş Prokurorluğu baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın müraciəti əsasında supermarket şəbəkəsi “88” ətrafında yaranmış qalmaqalla bağlı rəsmi araşdırmaya başlayıb.
Qalmaqal bir neçə gün əvvəl Akopyana qarşı səsləndirilən ittihamlarla gündəmə gəlib. O, supermarket şəbəkəsi ilə hər hansı əlaqəsinin olmadığını bəyan edib. Bu bəyanatdan sonra bir sıra sahibkarlar bildiriblər ki, “88” şəbəkəsi onların bizneslərinə təzyiq göstərir, mağaza və kommersiya obyektlərini icarəyə və ya satın almağa çalışır və bunu guya baş nazirin həyat yoldaşının adı ilə əsaslandırır.
Musavat.com xəbər verir ki, Anna Akopyan sahibkarlara çağırış edərək bildirib: “Belə hallarla üzləşən hər kəs hüquq-mühafizə orqanlarına müraciət etməlidir”. Onun müraciətindən sonra prokurorluq iddiaları araşdırmaq üçün prosedura start verib.
Musavat.com





Şərhlər