Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Avropaya narkotik belə keçirilir: “Kokainli inəklər” sxemi ifşa olundu
Avropaya narkotik belə keçirilir: “Kokainli inəklər” sxemi ifşa olundu

Avropa hüquq-mühafizə orqanları beynəlxalq narkotik kartellərinin öz vəhşiliyi ilə şoka salan yeni qaçaqmalçılıq sxemini üzə çıxarıb.

Reportyor.tv xəbər verir ki, cinayətkar qruplar “kokainli inəklər” adlandırılan üsulla tonlarla narkotiki qitəyə gətirirlər.

Aşkarlanan sxemə əsasən, köhnə heyvan daşıyan gəmilər istifadə olunur və bu gəmilərin içi minlərlə xəstə, yarıölü mal-qara ilə doldurulur. Kartellər daha kiçik gəmilərdən kokain çuval-cuvallarını bu “mal-qara gəmilərinə” ötürür, narkotiki taxıl anbarlarında, gizli bölmələrdə, hətta leşlərin arasında gizlədirlər.

Gəmilərdəki iyrənc qoxu, çürümüş heyvan cəsədləri və sanitar fəlakət, sərhəd müfəttişlərinin daha az yoxlama aparmasına səbəb olur. Ekspertlər bildirirlər ki, belə gəmilərin saxlanılması hökumətlərin qarşısına nəhəng logistika və baytarlıq problemi çıxarır — minlərlə heyvan üçün təcili yeni yer tapılmalıdır ki, bu da hüquq-mühafizə orqanlarının müdaxiləsini çətinləşdirir.

Son aylarda Avropanın müxtəlif limanlarında bir neçə belə gəmi ifşa edilib və onların böyük miqdarda kokain dövriyyəsinə xidmət etdiyi müəyyən olunub. Təhlükəsizlik strukturları xəbərdarlıq edir ki, bu sxem milyardlarla avroluq narkotrafikin yeni kanalı ola bilər və kartellər heyvanların əzabını gizlətmək üçün istifadə olunan bu üsulu daha da genişləndirməyə çalışırlar.

Musavat.com

Şərhlər