
Reportyor.tv xəbər verir ki, FİFA prezidenti Canni İnfantino ABŞ prezidenti Donald Trampa qurumun yeni təsis etdiyi ilk “FİFA – Sülh uğrunda” mükafatının medalını təqdim edib.
Mərasim zamanı İnfantino bildirib ki, bu mükafat qlobal səviyyədə sülh təşəbbüslərinə dəstək verən şəxslərə verilir və Donald Trampın son dövrdə həyata keçirdiyi vasitəçilik səyləri FİFA tərəfindən xüsusi qeyd olunub.
Təqdimat idman diplomatiyasının beynəlxalq siyasətdə artan rolunu bir daha gündəmə gətirib.
Musavat.com






Şərhlər