
Məlumdur ki, Hindistana səfəri ərəfəsində “India Today” Vladimir Putindən geniş müsahibə verib.
Musavat.com meduza.io.-ya istinasdən xəbər verir ki, müsahibə zamanı jurnalisti Gita Mohan Putinə tərs sual verib. O, prezidentdən soruşub ki, niyə Rusiya ordusu Donbasda ukraynalı dinc sakinlərin, hətta rus dilində danışan və Kremlin siyasətini dəstəkləyənlərin də evlərini dağıdıb. “Putin əvvəlcə özünü başa düşmədiyini göstərib. Sonra deyib ki, əslində Donbasın nəzarəti altında olmayan həmin hissələrini dağıdan “Kiyev rejimi”dir, Rusiya isə rusdilli ukraynalılara “dəstək verir”.
Söhbətin həmin hissəsinin tam mətni belədir:
Gita Mohan:
-Cənab prezident, siz tarixi qeyd edirsiniz. Münaqişə başlayanda mən Luqansk, Donetsk və Xersona səyahət etdim. İnsanların çoxu rus dilində danışırdı. Onlar Kiyevin Ukraynanın şərqində dili qadağan etməsindən çox məyus olmuşdular. Amma onlar da şokda idilər: Putin bunu bizə necə edə bilərdi, biz onun adamlarıyıq! Danışdığım qadınların çoxu şoka düşmüşdü. Ukraynanın şərqində, əslində Rusiyada ailəsi olan insanlara nə deyə bilərsiniz?
Vladimir Putin:
-Mən sualı başa düşmədim: insanlar nədən şoka düşmüşdülər?
Gita Mohan:
-Görüşdüyüm insanlar evlərini dağıdan əməliyyatın başlanmasından şoka düşdülər. Şərqi Ukraynada yaşayırdılar, həmişə Rusiyanı, rus xalqını sevirdilər, özləri də rusdilli idilər.
Putin:
-Cavab çox sadədir: görünür, onlar uqansk və ya Donetsk vilayətinin Kiyev hakimiyyətinin nəzarəti altında olan hissəsində yaşayırdılar. Lakin Luqansk və ya Donetsk bölgəsinin onların nəzarətində olmayan hissəsi Kiyev rejimi tərəfindən dağıdılırdı. Və biz məcbur olduq ki, öz müstəqilliyini elan edən hissəni dəstəkləməyə başladıq - bu, birinci.
İkincisi, insanlara açıq referendumda öz fikrini bildirmək imkanı verdik. Rusiyanın yanında olmağın daha yaxşı olduğuna inananlar da səs verdilər.
Putin həmin müsahibədə Rusiyanın nə olursa olsun “Donbası azad edəcəyini” bəyan edib. “Əsasən, hər şey bundan ibarətdir: ya biz bu əraziləri silah gücü ilə azad edəcəyik, ya da Ukrayna qoşunları sonda bu əraziləri tərk edəcək və orada insanları öldürməyə son qoyacaqlar”, - o deyib.
Putin müsahibədə “SSRİ-nin reinteqrasiyası mümkün və məntiqi deyil, belə məqsədlər yoxdur” deyib.
Onun sözlərinə görə, Qərbdə Rusiyanın guya Sovet İttifaqını bərpa etmək arzusunda olduğunu deyənlər öz əhalisini qorxutmağa çalışırlar.
Prezident əlavə edib ki, SSRİ-nin dağılmasında kimisə günahlandırmağa çalışmazı: “Ümumilikdə günahkar sistemin özüdür və bunu qəbul etmək lazımdır”.
Musavat.com






Şərhlər