Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Asiyanın iki ölkəsi yenidən müharibə astanasında: Qarşılıqlı zərbələr başladı
Asiyanın iki ölkəsi yenidən müharibə astanasında: Qarşılıqlı zərbələr başladı

Komboca ilə Tayland arasında yeni hərbi qarşıdurma başlayıb.

Reportyor.tv xəbər verir ki, məlumatı Tayland Kral Ordusu açıqlayıb. Bildirilir ki, Tayland-Kamboca sərhədində baş verən toqquşmalarda bir Tayland əsgəri ölüb, dörd nəfərin yaralanıb. Bəyanata görə, Kamboca qüvvələri yerli vaxtla səhər saat 5:00-dan (Bakı vaxtı ilə gecə saat 02:00) Tayland mövqelərini atəşə tutub. Ondan əvvəl isə Tayland Hərbi Hava Qüvvələri Kamboca Silahlı Qüvvələrinin mövqelərinə zərbələr endirib. Bəyanata görə, zərbələr hərbi infrastrukturu, silah anbarlarını, komanda məntəqələrini və logistika yollarını hədəf alıb.

Səhər saatlarında Kamboca Tayland ərazisinə BM-21 çoxlu buraxılışlı raket sistemləri ilə atəş açıb: "Kamboca qoşunları Buriram əyalətindəki mülki ərazilərə BM-21 raketləri atıb. Hazırda itkilər barədə məlumat yoxdur. Tayland Ordusunun İkinci Hərbi Bölgəsi Tayland xalqını və milli suverenliyini müdafiə edəcək".

"The Nation" qəzetinin məlumatına görə, Taylandın Baş naziri Anuthin Chanvirakun Kamboca ilə sərhəddə vəziyyətin gərginləşməsi səbəbindən Banqkokdakı Hökumət Evində təhlükəsizlik rəsmilərinin təcili iclasını çağırıb.

Qəzetin məlumatına görə, Taylandın Baş naziri hərbi əməliyyatların yenidən başlaması və Kambocanın Tayland sərhədinə RM-70 və BM-21 çoxsaylı buraxılış raket sistemlərini yerləşdirməsindən sonra Tayland-Kamboca sərhədinə planlaşdırılan səfərini ləğv edib.

Musavat.com

Şərhlər