
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə dialoqun bərpasının Avropa üçün faydalı olacağı fikrini bildirib.
Publika.az xəbər verir ki, AFP agentliyinin məlumatına görə, Makron bildirib ki, qarşıdakı həftələrdə bu cür müzakirələrin bərpası üçün uyğun bir əsas tapmaq lazımdır.
Makron deyib: "İnanıram ki, bu müzakirəni yenidən başlatmaq üçün uyğun bir əsas tapmaq avropalılar və ukraynalılar olaraq bizim maraqlarımıza uyğundur".
Daha əvvəl bildirilmişdi ki, Avropa Birliyi 2026-2027-ci illər üçün Ukraynaya 90 milyard avro məbləğində kredit ayırıb və bu kredit Aİ büdcəsi ilə təmin edilib və sonradan dondurulmuş Rusiya aktivləri hesabına geri ödənilə bilər.






Şərhlər