
Reportyor.tv xəbər verir ki, Türkiyə Prezidenti Recep Tayyip Erdoğanın basketbol oynadığı anları əks etdirən videolar Türkiyə mediasının həm rəsmi, həm də qeyri-rəsmi platformalarında geniş şəkildə yayılıb.
Yayılan görüntülərdən aydın olur ki, Prezident Ərdoğan basketbol oyununda fəal iştirak edir və sərbəst atışlarla topu səbətə dəqiq şəkildə göndərməyi yüksək səviyyədə bacarır. Videoda onun fiziki baxımdan yaxşı formada olduğu, hərəkətlərində çeviklik və rahatlıq hiss olunduğu diqqət çəkir.
Kadrlar zamanı Prezidentin öz açıqlaması da yer alır. O bildirir ki, əvvəllər təxminən 14–15 il futbol oynayıb, lakin artıq futbol onun üçün keçmişdə qalıb. Hazırda isə həftədə bir neçə dəfə basketbol oynadığını qeyd edir.
Görüntülər Ərdoğanın sağlamlığı ilə bağlı zaman-zaman səsləndirilən iddialara da faktiki cavab kimi qiymətləndirilir. Videodan Prezidentin səhhətində hər hansı problem olmadığı, aktiv həyat tərzini davam etdirdiyi açıq şəkildə görünür.
Musavat.com






Şərhlər