Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Rusiya Bakıdan rədd cavabı aldığı təklifi Tiflisə etdi
Rusiya Bakıdan rədd cavabı aldığı təklifi Tiflisə etdi

“Siyasi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Gürcüstan Avrasiya İqtisadi İttifaqı (Aİİ) kimi iqtisadi birliklər çərçivəsində əməkdaşlığı inkişaf etdirə bilər”.

Reportyor.tv Gürcüstan mediasına istinadən verdiyi xəbərə görə, bu təklifi Kremlə yaxın siyasi fiqur hesab edilən Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədrinin birinci müavini Aleksey Çepa edib. O əlavə edib ki, Tiflisin ölkənin inteqrasiyaya hazır olub-olmamasından çox şey asılıdır. “Əgər Avrasiya İqtisadi İttifaqı üzvlüklə bağlı hazırlıq nümayiş olunarsa, Rusiya yaxın qonşu kimi Gürcüstana əlverişli şərtlər təklif edə bilər. Mən əminəm ki, MDB ölkələri ilə yaxınlaşma Gürcüstana çoxlu müsbət dəyişikliklər gətirəcək" deyə, Çepa bildirib.

Bundan əvvəl Moskva ilə diplomatik münasibətlərin bərpası haqda olan təkliflərə Gürcüstanın baş naziri İrakli Kobaxidze münasibət bildirmişdi. Gürcü baş nazir bəyan etmişdi ki, hakimiyyətin Rusiyaya qarşı mövqeyi çox aydındır, onun özünəməxsus qırmızı xətləri var. O qeyd edib ki, iki ölkə arasında diplomatik münasibətlər olmasa da, ticari-iqtisadi əlaqələr mövcuddur və Gürcüstan Rusiya ilə təmaslarda praqmatik siyasət aparır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi məlumat verib ki, Rusiya Gürcüstanla tam siyasi dialoq üçün şəraitin hazırda mövcud olmadığı qənaətindədir. Eyni zamanda, Moskva qarşılıqlı addımlar gözləyərək münasibətlərin tədricən normallaşmasına hazırdır.
Əsas maneə Gürcüstan ərazilərini işğaldan azad etmək və Gürcüstanla normal münasibətlərə qayıtmaq istəməyən Moskvanın mövqeyi olaraq qalır.

Yada salaq ki, Azərbaycanın da Avrasiya İqtisadi İttifaqına üzvlük məsələsi vaxtaşırı müzakirə olunur, bəzi ekspertlər hətta bunu faydalı hesab edir. Rəsmi Bakının təşkilata üzv ölkələrlə (hətta indi Ermənistanla da )iqtisadi əlaqələri normal olsa da, birbaşa üzvlükdən imtina edir. Prezident İlham Əliyev iki il əvvəl Avrasiya İqtisadi İttifaqının geniş tərkibdə iclasında qonaq qismində iştirak da edib. Dövlət başçısı çıxışlarının birində deyib ki, Azərbaycanın bu iqtisadi təşkilata qoşulmaq niyyəti yoxdur, amma bu, gələcəkdə müzakirə mövzusu ola da bilər. Qeyd edək ki, təşkilatın Sankt-Peterburqda keçirilən son iclasında İran, Kuba və İndoneziya nümayəndələri müşahidəçi kimi qatılmışdılar.

Musavat.com

Şərhlər