Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Hədəfdə Türkiyədir: İsrail Rusiya ilə danışıqlara başladı
Hədəfdə Türkiyədir: İsrail Rusiya ilə danışıqlara başladı

Yunanıstan və Kipr Rum Administrasiyası ilə əməkdaşlıq elan edərək Türkiyə və İranı mühasirəyə almağı hədəfləyən İsrail indi də Suriyadakı təhlükəsizliyi üçün Rusiyanı öz tərəfinə çəkmək istəyir. Hətta bu məqsədlə artıq danışıqlar aparılır.

Publika.az xəbər verir ki, İsrail dövlət televiziyası KAN Rusiyanın İsrail və Suriya arasında təhlükəsizlik müqaviləsində vasitəçilik etdiyini iddia edib.

"Rusiya, ABŞ-ın təsdiqi ilə İsrail və Suriya arasında təhlükəsizlik müqaviləsində vasitəçilik etmək üçün pərdəarxası işləyir. Rusiyanın ötən ay Latakiyaya qoşun və texnika göndərməsi də iki ölkə arasındakı münasibətlərin yaxşılaşmasının göstəricisidir", - xəbərdə qeyd olunub.

İddialara görə, İsrail Türkiyənin cənubi Suriyada mövcudluq yaratmaq cəhdlərinin qarşısını almaq üçün bölgədə Rusiya hərbi elementlərinin yerləşdirilməsini qəbul etməyə üstünlük verir. Həmçinin Rusiyanın qoşunlarının cənubi Suriyaya və İsrail sərhədinə yaxın ərazilərə yenidən yerləşdirilməsində maraqlı olduğu iddia edilib. Bildirilib ki, Moskva təxminən bir ay əvvəl İsrailə Rusiya hərbi polisinin cənubi Suriyadakı bölgəni patrul etməsini təklif edib.

Hesabatda bütün bu vasitəçilik səylərinə baxmayaraq, tərəflər arasında əhəmiyyətli fikir ayrılıqlarının qaldığı bildirilib. İsrailin Dəməşqdən cənubdakı bufer zonasına qədər ərazinin demilitarizasiyasını tələb etdiyi, Suriyanın isə İsrailin işğal olunmuş ərazilərdən çıxarılmasını ön şərt kimi irəli sürdüyü bildirilib.

Şərhlər