Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » Ankaradan sərt reaksiya: Türkiyə İsrailin Somalilandı tanımasını kəskin pislədi
Ankaradan sərt reaksiya: Türkiyə İsrailin Somalilandı tanımasını kəskin pislədi

Türkiyə İsrailin özünü elan etmiş Somaliland Respublikasının müstəqilliyini rəsmi şəkildə tanımaq qərarını qətiyyətlə pisləyib.

Reportyor.tv xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Öncü Keçeli açıqlama verib.

Keçeli bildirib ki, Binyamin Netanyahu hökumətinin bu addımı qlobal qeyri-sabitliyə yol açan qanunsuz hərəkətlərin növbəti nümunəsidir. Onun sözlərinə görə, İsrailin qərarı beynəlxalq hüququn əsas prinsiplərinə ziddir və regionda gərginliyi daha da artırır.

Ankara Somalinin suverenliyi və ərazi bütövlüyünün qorunmasında israrlıdır və Somalilandın tanınmasını Somalinin daxili işlərinə birbaşa müdaxilə kimi qiymətləndirir.

Türkiyə bu məsələ ilə bağlı diplomatik səylərə də liderlik edib. Ankara Misir və Cibuti ilə birlikdə İsrail və Harqeysa arasında əldə olunduğu bildirilən razılaşmanı tamamilə qəbuledilməz saydıqlarını bildirən birgə bəyanat yayıb.

Rəsmi Ankaranın mövqeyinə görə, bu cür addımlar Afrika Buynuzu regionunda sabitliyə və təhlükəsizliyə ciddi zərbə vurur və beynəlxalq ictimaiyyətin vahid reaksiyasını tələb edir.

Musavat.com

Şərhlər

Sosial şəbəkələr

Xəbər Lenti