Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » TƏCİLİ: Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ - ATƏŞKƏS ELAN EDİLDİ
TƏCİLİ: Ukrayna və Rusiya RAZILIĞA GƏLDİ - ATƏŞKƏS ELAN EDİLDİ

Rusiyanın 2022-ci ilin martında ələ keçirdiyi Zaporojye Atom Elektrik Stansiyasında Ukrayna ilə Rusiya arasında müvəqqəti atəşkəs elan olunub.

Reportyor.tv xəbər verir ki, bu barədə "Reuters" agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) istinadən məlumat yayıb.

Məlumatda bildirilir ki, atəşkəs təmir işlərinin aparılması məqsədi ilə elan edilib.

Hazırda elektrik ötürücü xətlərin bərpası istiqamətində işlər görülür.

"Rusiya ilə Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyası yaxınlığında elektrik xətlərində təmir işlərinin aparılması üçün müvəqqəti atəşkəs əldə olunub. Bu ərazidə atəşkəs rejimi bir neçə gün davam edəcək", - MAQATE-nin baş direktoru Rafael Qrossi qeyd edib.

Musavat.com

Şərhlər