
Ukrayna Rusiya da eyni addımı atarsa, silahsızlaşdırılmış zona yaratmağa hazırdır.
Reportyor.tv Financial Times-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski dekabrın 27-də Avropa liderləri ilə telefon danışığında bildirib. Mənbələr qəzetə bildiriblər ki, bunu əvəzində Zelenski razılaşmaların pozulması halında müttəfiqlərindən aydın təhlükəsizlik zəmanətləri və dəstək gözləyir: "Rusiya eyni addıma razı olarsa, Ukrayna silahsızlaşdırılmış zona yaratmaq üçün qoşunlarını cəbhə xəttindən çıxarmağa hazırdır".
Əvəzində Ukrayna Moskvanın sülh müqavilələrini pozması halında müttəfiqlərinin hərəkətlərinə istiqamət verən aydın təhlükəsizlik zəmanətləri gözləyir.
Nəşrin məlumatına görə, prezident Ukrayna Silahlı Qüvvələri üçün sabit maliyyələşdirmənin, hava hücumundan müdafiənin inkişafının və Avropa qoşunlarının Ukraynada mövcudluğunun vacibliyini vurğulayıb.
Ərazi məsələlərinə gəldikdə isə, həll yolu yalnız dinc və təhlükəsiz mühitdə keçirilən referendumla mümkündür. Zelenski həmçinin Zaporojye Atom Elektrik Stansiyasının beynəlxalq nəzarət altına alınmasını və istehsal olunan elektrik enerjisinin cəbhənin hər iki tərəfinə paylanmasını təklif edir.
Eyni zamanda, o, Rusiyanın güzəştə tam hazır olacağını gözləmədiyini, lakin ABŞ və müttəfiqlərinin real nəticələr əldə etmək üçün Moskvaya təzyiq göstərməsini istədiyini qeyd edib.
Musavat.com






Şərhlər