İranda davam edən iğtişaşlarda ölənlərin sayı 646-ya çatıb.
Publika.az xəbər verir ki, bu barədə "Human Rights Activists in Iran" (HRA) məlumat yayıb.
"9-u uşaq olmaqla 505 etirazçı, 133 əsgər və hüquq-mühafizə orqanlarının işçisi, etirazlarda iştirak etməyən 7 mülki şəxs və 1 prokuror həyatını itirib. HRA hazırda yoxlama mərhələsində olan daha 579 ölüm xəbəri alıb. Nümayişlər zamanı həbs olunanların sayı isə 10721 nəfərə çatıb", - məlumatda qeyd olunub.
İranın 187 şəhərində 606 yerə yayılmış etirazların, rabitənin tamamilə kəsilməsinə baxmayaraq davam etdiyi bildirilib.






Şərhlər