
Ermənistan hakimiyyəti tezliklə Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmağı planlaşdırır.
Publika.az xəbər verir ki, bu barədə news.am-a diplomatik mənbə bildirib.
Qeyd olunur ki, Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq verilib və hətta bayraq dirəyi də qoyulub. Hazırda Türkiyəyə gedən dəmir yolu xəttinin vəziyyəti araşdırılır.
Digər mənbələrə görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsinin yaxınlığında tikinti işlərinə başlayıb. Aparılan işlər sərhədin yaxın gələcəkdə açılma ehtimalından xəbər verir.
Bu arada, hüquq-mühafizə orqanlarının əməkdaşları şəxsi söhbətlərdə sərhəd pozuntularının artması ehtimalı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Rəsmi məlumatlara görə, 2024-cü ildə 160 qanunsuz sərhəd keçidi hadisəsi qeydə alınıb, 2023-cü ildə isə bu rəqəm 78 olub.






Şərhlər