Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » SON DƏQİQƏ! Raketlər HAZIR VƏZİYYƏTƏ gətirildi - İrana hər an hücum edilə bilər
SON DƏQİQƏ! Raketlər HAZIR VƏZİYYƏTƏ gətirildi - İrana hər an hücum edilə bilər

ABŞ prezidenti Donald Trampın İrana qarşı ənənəvi hava əməliyyatlarından əlavə kiber və psixoloji hücum variantları barədə məlumat aldığı iddia edilib.

Reportyor.tv xəbər verir ki, CBS News-a anonimlik şərti ilə danışan iki Müdafiə Nazirliyi rəsmisi Trampın İranla bağlı potensial hərbi və gizli əməliyyatların ətraflı təqdimatını aldığı bildirilib. Rəsmilər hava qüvvələri və uzunmənzilli raketlərin əsas müdaxilə vasitəsi olduğunu, eyni zamanda kiberəməliyyatlar və psixoloji müharibənin də variantlar arasında olduğunu vurğulayıblar.

Məlumata görə, bu əməliyyatlar İranın komandanlıq strukturunu, rabitə şəbəkələrini və dövlət nəzarətində olan medianı hədəf ala bilər. Rəsmilər həmçinin yekun qərarın hələ verilmədiyini və diplomatik kanalların açıq qaldığını qeyd ediblər. Ağ Evin sözçüsü Karolin Livitt isə Trampın İranla bağlı diplomatiyaya üstünlük verdiyini, lakin hərbi güc variantını da müzakirə mövzusu olaraq saxladığını bildirib.

Xatırladaq ki, etirazlar 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın kəskin devalvasiyasına qarşı başlayıb və qısa müddət ərzində ölkənin bir çox şəhərinə yayılıb.

İran İnsan Hüquqları Fəalları Xəbər Agentliyinin (HRANA) məlumatına görə, etirazların 16-cı günündə 646 nəfər həyatını itirib, onlardan 133-ü təhlükəsizlik işçisi, bir prokuror və 18 yaşdan kiçik doqquz yetkinlik yaşına çatmayan uşaqdır. Eyni zamanda 10.721 nəfərin saxlandığı bildirilib. Etirazlar zorakılıqla müşayiət olunub və 9 yanvarda ölkə miqyasında internet bağlantısı kəsilib.

Musavat.com

Şərhlər