
ABŞ prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin sədri Cerom Pauelli axmaq adlandırıb və onu əsas faiz dərəcəsini aşağı salmağa çağırıb.
Reportyor.tv xəbər verir ki, Amerika lideri işgüzar səfərdə olduğu Miçiqan ştatının Detroyt İqtisadi Klubunda çıxışında Pauelə işarə edərək deyib: "Bu axmaq tezliklə yox olacaq. Bizdə inflyasiya çox aşağıdır. Bu, cənab çox ləng Pauellə bizə böyük, gözəl faiz endirimi etmək şansı verərdi. Bu, ölkə üçün əla olardı".
Qeyd edək ki, ABŞ Ədliyyə Nazirliyi FED binasındakı təmir işlərinə görə Cerom Pauellə qarşı araşdırma başladıb. Pauell bunun siyasi məqsədli addım olduğunu və FED-in Ağ Ev tərəfindən nəzarətə götürülməsi cəhdini göstərdiyini elan edib.
Musavat.com






Şərhlər