
Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz ölkələrinin ABŞ prezidenti Donald Trampı İrana mümkün hücumdan yayındırmağa çalışdığı iddia edilir.
Publika.az xəbər verir ki, bu barədə "Wall Street Journal" qəzeti məlumat yayıb.
Bildirilib ki, Səudiyyə Ərəbistanı, Oman və Qətər Tramp administrasiyasını İrana mümkün hücumun neft bazarlarını pozacağı və nəticədə ABŞ iqtisadiyyatına zərər verəcəyi barədə xəbərdar edirlər.
Körfəz ölkələri mümkün hücumların neft tankerlərinin Hörmüz boğazından keçməsini pozacağından və regional qeyri-sabitliyə səbəb ola biləcəyindən narahatdırlar. Səudiyyə Ərəbistanı rəsmilərinin sözlərinə görə, Ər-Riyad administrasiyası İranla mümkün münaqişəyə qarışmayacağına və ABŞ-ın hava məkanından hücumlar üçün istifadə etməsinə icazə verməyəcəyini bəyan edib.
Məlumata görə, Tramp hələ də İrana qarşı atılacaq addımlarla bağlı yekun qərar verməyib. Bildirilib ki, o, hərəkət istiqamətini müəyyən etmək üçün müşavirləri ilə görüşlər keçirir və mümkün variantları qiymətləndirir.
Rəsmilərin sözlərinə görə, masadakı variantlar arasında İran obyektlərinə hücum, kiberhücumlar, yeni sanksiyalar və rejim əleyhinə sosial media hesablarını dəstəkləmək var.






Şərhlər