Reportyor.Tv | Xəbərin harada, Reportyor orada!

Əlaqə məlumatları

Ünvan

Telefon

(+994 60) 217 77 73
Reportyor.Tv » Dünya » İran internetinin arxasındakı Rusiya izi: Kremlin şeytan əməli
İran internetinin arxasındakı Rusiya izi: Kremlin şeytan əməli

Ötən həftə İran hakimiyyəti mobil rabitəni söndürüb və ölkəni qlobal internetdən demək olar ki, tamamilə ayırıb — internet trafiki 90 faizədək azalıb. Bu addım ayətullahlar rejiminə qarşı son illərin ən genişmiqyaslı etirazlarını boğmaq məqsədi daşıyıb.

Reportyor.tv xəbər verir ki, ümumi blokadaya baxmayaraq, dövlət xidmətləri, bank sistemi və yanacaqdoldurma məntəqələri fəaliyyətini davam etdirib. İnternet üzərində bu cür seçici nəzarət isə Rusiyanın iştirakı ilə qurulan texnoloji sistem sayəsində mümkün olub. Bu barədə “Aqentstvo” nəşri məlumat yayıb.

Məlumata görə, sistemin əsasını dərin paket yoxlanışı (DPI) texnologiyaları təşkil edir. Bu texnologiyalar təkcə saytların deyil, tətbiqlərin, VPN-lərin və messencerlərin də bloklanmasına, eləcə də etirazların koordinasiyasının nöqtəvi şəkildə izlənərək qarşısının alınmasına imkan verir. Rusiya şirkətləri bu həllərin İranın rabitə ələkeçirmə sisteminə inteqrasiyasında iştirak ediblər.

Bu, təhlükəsizlik qüvvələrinə fəalları aksiyalara başlamazdan əvvəl müəyyənləşdirmək və saxlamak imkanı verib. Eyni zamanda Moskva İran tərəfinə bloklamalardan yayınma yollarına qarşı mübarizə, o cümlədən peyk internetinin boğulması məsələlərində də məsləhətlər verib. Paralel olaraq, etirazların yatırılması üçün xüsusi texnika və küçə əməliyyatları üçün zirehli maşınlar tədarük edilib.

Mənbələr bildirir ki, İran artıq növbəti mərhələyə hazırlaşır — tam izolyasiya olunmuş milli internet şəbəkəsinin qurulmasına. Bu şəbəkə hakimiyyət üçün ciddi texniki problemlər yaratmadan ölkəni uzun müddət xarici internetdən ayırmağa imkan verəcək.

Musavat.com

Şərhlər